İnsanlara hürriyət, millətlərə istiqlal!

Şimali Koreya atom sualtı qayığı qayırır

Şimali Koreya ilk dəfə nüvə sualtı qayığını təqdim edib və onun tikintisi və yoxlanışının görüntüləri ölkənin mərkəzi xəbər agentliyi tərəfindən dərc edilib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, dərc olunmuş görüntülərdə Şimali Koreya lideri Kim Çen Inın hazırda tikinti mərhələsində olan sualtı qayığı yoxladığı göstərilir. Xəbər agentliyinin məlumatına görə, bu, ölkənin ilk nüvə sualtı qayığıdır.

Sualtı qayığın strateji idarə olunan raketlərlə təchiz ediləcəyi bildirilir. Sualtı qayığın su tutumu təxminən 8700 tondur. Digər texniki xüsusiyyətlər açıqlanmayıb. Agentlik həmçinin Kim Çen Inın gizli adlandırdığı yeni sualtı silahları yoxladığını bildirib. Səfər zamanı o, Şimali Koreya donanmasında islahat planlarını açıqlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR