Onlayn ictimai-siyasi qəzet
İsrailin ifrat sağçı maliyyə naziri Bezalel Smotriç Livan sərhədi yaxınlığında baş verən hücum zamanı oğlunun ağır yaralandığını açıqlayıb.
Musavat.com xəbər verir ki, məlumatı Əl Cəzirə yayıb. Bildirilir ki, hücum nəticəsində səkkiz İsrail əsgəri yaralanıb və hadisə zamanı qəlpələrdən biri Smotriçin oğlunun qaraciyərini deşib.
Nazirin sözlərinə görə, oğlunun vəziyyəti ağır olaraq qiymətləndirilir və o, xəstəxanada həkimlərin nəzarəti altındadır.
Hadisənin Livan sərhədi yaxınlığında baş verdiyi, hücumun isə regionda artan gərginlik fonunda həyata keçirildiyi qeyd olunur.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ