İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞOK GƏLİŞMƏ: Paşinyan Köçəryan ailəsinə qarşı HƏRƏKƏTƏ KEÇDİ - Evlərdə və şirkətlərdə AXTARIŞ

Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın ailəsinə məxsus obyektlərdə axtarışlar aparılır.

Musavat.com xəbər verir ki, zərgərlik brendi "Pregomesh"in mağazalarında və ofisində də axtarışlar keçirilir.

Brend Robert Köçəryanın gəlini, tanınmış müğənni Siruşoya məxsusdur.

Robert Köçaryanın böyük oğlu Sedrak Köçəryan da Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb. Bu barədə Ermənistan mediasına ikinci prezidentin ofisinin rəhbəri Baqrat Mikoyan məlumat verib.

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin əməkdaşları hazırda Köçaryan ailəsinə məxsus "Orange Premium Fitness Club"da, həmçinin "Toyota" salonunda istintaq hərəkətləri aparırlar.

Bundan başqa, səhər saatlarından etibarən maskalı hüquq-mühafizə orqanlarının əməkdaşları “Ermənistan” blokundan olan deputat Levon Köçaryanın evinə gəliblər.

Deputat Mesrop Manukyanın paylaşdığı görüntülərdə istintaq hərəkətlərinin Milli Təhlükəsizlik Xidməti tərəfindən aparıldığı görünür. Əməkdaşlar mənzilin qapısının qarşısında dayanaraq heç kimi içəri buraxmırlar. 

Xatırladaq ki, bundan bir gün əvvəl parlamentdə Robert Köçəryanla Baş nazir Nikol Paşinyan arasında mübahisə baş verib.

Köçəryan Paşinyanı “alçaq və xain” adlandırıb. Ermənistanın baş naziri isə buna cavab olaraq deputatın bütün əmlakını əlindən alacağı ilə hədələyib və onun həmin əmlakı övladlarına və nəvələrinə ötürə bilməyəcəyini bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR