İnsanlara hürriyət, millətlərə istiqlal!

Şok görüntülər: Fransa xüsusi təyinatlıları Rusiyadan gələn tankeri BELƏ ələ keçirib – VİDEO

Fransa Hərbi Dəniz Qüvvələri Rusiyadan hərəkət edən tankerin saxlanılması ilə bağlı xüsusi əməliyyatın kadrlarını yayıb.

Musavat.com xəbər verir ki, əməliyyat Fransa xüsusi təyinatlı qüvvələri tərəfindən həyata keçirilib və proses zamanı Böyük Britaniyanın xüsusi xidmət orqanları ilə koordinasiya aparılıb.

Məlumata görə, tanker dənizdə dayandırıldıqdan sonra silahlı xüsusi təyinatlılar sürətli reydlə gəminin göyərtəsinə endirilib. Əməliyyat yüksək təhlükəsizlik şəraitində və qapalı rejimdə icra olunub. 

Rəsmi mənbələr saxlanılan yükün məzmunu və əməliyyatın konkret hüquqi əsasları barədə ətraflı açıqlama verməyib. Fransa tərəfi isə bildirir ki, reyd beynəlxalq öhdəliklər və dəniz təhlükəsizliyinin təmin olunması çərçivəsində həyata keçirilib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR