İnsanlara hürriyət, millətlərə istiqlal!

İki ildə 6 SUİ-QƏSD: Rusiya generalları Moskvada necə hədəfə çevrilir?

Rusiya Silahlı Qüvvələrinin yüksək rütbəli generalları hətta cəbhə xəttindən uzaqda belə getdikcə daha çox hücumların hədəfinə çevrilirlər. Rusiya mətbuatının məlumatına görə, son iki il ərzində ən azı altı belə sui-qəsd cəhdi qeydə alınıb.

Musavat.com xəbər verir ki, bu barədə "Meduza" nəşri geniş material dərc edib.

Məlumata görə, 2024-cü ilin dekabrında Moskvada baş verən partlayış nəticəsində Rusiya Radiasiya, Kimyəvi və Bioloji Mühafizə Qoşunlarının rəisi İqor Kirillov həlak olub.

Partlayıcı qurğu onun evinin yaxınlığındakı skuterə bərkidilibmiş. Hadisə zamanı generalla birlikdə onun köməkçisi İlya Polikarpov da həyatını itirib. Rusiya istintaqının versiyasına görə, icraçı Ukrayna xüsusi xidmət orqanları tərəfindən ələ alınıb və o, ömürlük həbs cəzasına məkum edilib.

2025-ci ilin aprelində Moskva vilayətinin Balaşixa şəhərində avtomobilin partladılması nəticəsində Rusiya Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini Yaroslav Moskalik həlak olub. Elə həmin ilin dekabr ayında Moskvanın cənubunda baş verən avtomobil partlayışı Rusiya Federasiyası Baş Qərargahının Əməliyyat Təlim İdarəsinin rəisi Fanil Sarvarovun həyatına son qoyub. Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları cinayət işinin açıldığını elan etsələr də, şübhəlilərin həbs olunduğunu açıqlamayıblar.

2026-cı ilin fevralında Moskvada Rusiya Baş Qərargahı Baş İdarəsinin birinci rəis müavini Vladimir Alekseyevə atəş açılıb. O, hücumdan sağ çıxmağı bacarıb.

Həmçinin 2026-cı ilin aprelində Rusiya Telegram kanalları Ukrayna hakimiyyəti tərəfindən Buçadakı cinayətlərdə ittiham olunan general-mayor Azatbek Omurbekova qarşı ehtimal edilən sui-qəsd haqqında məlumat yayıblar. Lakin bu məlumat rəsmi səviyyədə təsdiqlənməyib.

Sonuncu analoji hadisə isə 2026-cı il avqustun 1-də Moskva mərkəzindəki "Balzi Rossi" restoranının yaxınlığında baş verib. Partlayış nəticəsində Rusiya Aerokosmik Qüvvələrinə rəhbərlik edən general-polkovnik Aleksandr Çaykonun hədəf alındığı bildirilir. Rusiya rəsmiləri sui-qəsd obyektinin məhz Çayko olduğunu rəsmən təsdiqləməsələr də, Moskva meri Sergey Sobyanin insidenti "terror aktı" adlandırıb. Hadisə ilə bağlı digər rəsmi təfərrüatlar hələlik açıqlanmayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR