Onlayn ictimai-siyasi qəzet
Britaniyanın The Telegraph nəşri yazır ki, İlon Maskın Starlink sistemini məhdudlaşdırması qərarından sonra Rusiya bölmələrinin təxminən 90 faizi sabit rabitəni itirib.
Musavat.com xəbər verir ki, işğalçı qüvvələrə əlavə zərbəni Telegram üzərində tətbiq olunan məhdudiyyətlər vurub.
Nəşr bunu Ukrayna Silahlı Qüvvələrinin Dnepropetrovsk və Zaporojye vilayətləri sərhədlərində əks-hücum əməliyyatlarının uğurları fonunda izah edir.
Britaniya qəzeti Qərb oxucularına bildirir ki, Ukrayna paralel olaraq Rusiya ərazisinin dərinliklərinə zərbələr endirir və bununla da Putinin üstünlük qazandığı barədə təsəvvürü dağıdır.
Məlumata görə, “Flamingo” raketləri ilə Volqoqrad yaxınlığında sursat anbarı və Tambov vilayətində raket zavodu vurulub. Həmçinin Sudja şəhərinə endirilən mühüm zərbə nəticəsində 6 min pilotsuz aparat məhv edilib — bu, Moskvanın müharibə boyu ən böyük itkilərindən biri sayılır.
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ