Onlayn ictimai-siyasi qəzet
Sabiq deputat Tahir Kərimli ayağının sınması barədə yayılan xəbərlərə münasibət bildirib.
T.Kərimli Pravda.az-a açıqlamasında deyib ki, hadisə bir ay öncə baş verib, ayağı zədələnib: “Təxminən, bir ay əvvəl üzüm çardağında tənəyi budayan zaman nərdivan sürüşdü və arxası üstə yıxıldım. Əzildim, amma sınıq yoxdur. Bakıya gəlmişəm. Hadisənin üstündən xeyli müddət keçib, xəbər necə yayılıb, bilmirəm. Yaxşıyam, müəyyən ağrılar olub, indi bir az qalıb. Tam sağlamam, Allaha şükür...”
Qeyd: Xəbəri ilk dominant.az saytı yayıb.
19 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ