Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp şənbə günü öz danışıqlar qrupu ilə iclas keçirəcək və bazar günü İranla mümkün hərbi əməliyyatların bərpası barədə qərar verəcək.
Musavat.com xəbər verir ki, bu barədə o, "Axios" portalına verdiyi müsahibədə bildirib.
Trampın sözlərinə görə, keçiriləcək müşavirədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens, prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff, həmçinin iş adamı və Trampın kürəkəni Cared Kuşner iştirak edəcək.
Onun fikrincə, İranla razılaşmanın əldə olunması və ya hərbi əməliyyatların yenidən başlanması ehtimalı 50-nin 50-yə bərabərdir.
“Düşünürəm ki, iki variantdan biri baş verəcək: ya onlara indiyə qədər görünməmiş dərəcədə güclü zərbə endirəcəyəm, ya da biz yaxşı bir saziş imzalayacağıq”, - ABŞ lideri vurğulayıb.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ