İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehran Trampın paylaşımına açıq mesaj göndərdi: “Vurulan bazalarınızı unutmusunuz?”

İranın ali rəhbərinin yüksək rütbəli müşaviri Əli Şamxani ABŞ prezidenti Donald Trampın Tehrana qarşı nüvə obyektləri ilə bağlı təhdidlərinə sərt cavab verib.

Musavat.com xəbər verir ki, Şamxani Trampın aqressiv ritorikasına cavab olaraq bildirib ki, ABŞ lideri İrana qarşı hər hansı addım atmadan əvvəl İran raketləri ilə vurulmuş Əl-Udeyd aviabazasının taleyini xatırlamalıdır.

Onun sözlərinə görə, həmin hadisə İranın istənilən təcavüzə cavab vermək istəyi və real imkanlarının açıq sübutudur və bu fakt Vaşinqtonda “real anlayışın” formalaşmasına kömək etməlidir.

Rəsmi Tehrandan gələn bu açıqlama ABŞ–İran xəttində gərginliyin yeni mərhələyə keçdiyini göstərən ən açıq siqnallardan biri kimi dəyərləndirilir.

WhatsApp Image 2026-01-14 at 19.43.36.jpeg (42 KB)

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2026

07 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR