İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehrandan Moskvaya uçan hökumət təyyarəsindən kimlər istifadə edir?

İndilərdə Tehrandan Moskvaya uçan Airbus A321-231 (EP-IGD) VIP konfiqurasiyalı təyyarəsi İran hökuməti tərəfindən yüksək rütbəli rəsmilərin (məsələn, xarici işlər naziri və ya parlament spikeri) daşınması üçün istifadə olunur.

Musavat.com xəbər verir ki, məlumatı araşdırmaçı jurnalist Cavanşir Həsənli paylaşıb.

Onun sözlərinə görə, bu təyyarə uçuş zamanı çox vaxt IRAN07 və ya IRAN05 kimi çağırış siqnallarından istifadə edir: "Ayətullah Əli Xamenei isə səfərləri üçün adətən daha böyük olan Airbus A340-313 (EP-IGA) təyyarəsindən istifadə edir. Bəzən isə o, təhlükəsizlik və ya təbliğat məqsədilə adi sərnişin təyyarələri ilə səyahət edib.

Lakin hələ İranda etirazlar geniş vüsət alanda təhlükəsizlik baxımından onun üçün xüsusi evakuasiya planı hazırlandığı iddia edilirdi. Bu cür "kritik anlarda" (məsələn, paytaxtın tərk edilməsi zərurəti yarandıqda) hökumət donanmasındakı istənilən VIP təyyarə, o cümlədən EP-IGD bu məqsədlə istifadə oluna bilər".

C.Həsənli qeyd edir ki, Meraj Airlines tərəfindən idarə olunan EP-IGD hazırda İran hökumətinin ən aktiv və müasir VIP təyyarələrindən biridir: "Adətən parlament spikeri və ya xarici işlər naziri kimi rəsmiləri daşısa da, fövqəladə hallarda Xamenei və onun yaxın çevrəsi üçün sürətli nəqliyyat vasitəsi kimi çıxış edə bilər.

EP-IGD-nin hələ 10 yanvar 2026-cı il tarixində radarlardan itməsi və uçuş izləmə sistemlərindən qeyb olması kimi hadisələr bu təyyarənin "həssas" missiyalar üçün istifadə edildiyini göstərir. Kritik anlarda izlənilməməsi üçün bu cür tədbirlər görülə bilər".

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

03 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR