İnsanlara hürriyət, millətlərə istiqlal!

Televiziya qarşısında gözləyən eşitmə əngəlli oğul və tarix yazan ana: Olimpiadada kövrək anlar

Amerikalı bobsleyçi Elana Meyers Teylor finişdən sonra tribunaya tərəf gəlib diz çökdü.

Musavat.com xəbər verir ki, idmançı jest dili ilə televiziya qarşısında onu izləyən eşitmə əngəlli oğluna qalib gəldiyini anlatdı.

Bu an Olimpiadanın ən kövrək səhnələrindən birinə çevrildi. Kadrlarda ana emosiyalarını saxlaya bilmir, oğluna “ana qalib oldu” mesajını çatdırmağa çalışır.

Teylor üç yürüşdən sonra geridə qalırdı. Lakin dördüncü cəhddə ən yaxşı nəticəni göstərərək almaniyalı Laura Nolteni ümumi hesabda cəmi 0,04 saniyə qabaqladı və karyerasının ilk Olimpiya qızıl medalını qazandı.

İdmançı yarışdan sonra bildirib ki, bu qələbənin ən böyük dəyəri onu ilk anlayan insanın — oğlunun sevinci olub.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR