Onlayn ictimai-siyasi qəzet
Polşanın Gürcüstandakı səfirliyi vətəndaşlarına oktyabrın 4-də Tiflisin mərkəzindən uzaq durmağı məsləhət görüb.
Musavat.com xəbər verir ki, bu barədə diplomatik nümayəndəlik məlumat yayıb.
Məlumatda bildirilir ki, həmin gün keçiriləcək kütləvi etiraz aksiyaları yerli seçkilərlə bağlı olacaq.
Diplomatik nümayəndəlik xüsusilə Rustaveli prospektində, Parlament binası və Azadlıq meydanı ətrafında ehtiyatlı davranmağı tövsiyə edir. Aksiyalar zamanı hərəkətdə ciddi məhdudiyyətlər yarana bilər.
Səfirlik Polşa vətəndaşlarına vəziyyətlə bağlı ən son məlumatları izləmək üçün yerli media qurumlarının xəbərlərini diqqətdə saxlamağı tövsiyə edib.
Musavat.com
08 Sentyabr 2026
07 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ