Onlayn ictimai-siyasi qəzet
İran heç vaxt USS Abraham Linkoln aviadaşıyıcısına zərbə endirməyib.
Musavat.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib: "Onlar (İran-red.) dünyanın ən böyük gəmilərindən biri olan, təyyarədaşıyan USS Abraham Linkoln-a hücum etdiklərini söylədilər. Və onun yandığına dair şəkillər göstərirlər. Ona heç vaxt hücum edilməyib. Heç vaxt yanmayıb".
Prezident İranın yanan gəminin saxta görüntülərini yaratmaq üçün süni intellekt texnologiyasından istifadə etdiyini bildirib.
Qeyd edək ki, İran tərəfi gəmiyə 2 dəfə uğurlu zərbə endirərək zədələdiyini, ona görə də ABŞ-ın onu regiondan uzaqlaşdırdığını iddia edir.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ