İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp: “İranla müharibə üçün Konqresdən icazə almaq niyyətində deyiləm”

ABŞ prezidenti Donald Tramp müharibə aparmaq üçün qanunvericilərdən rəsmi icazə almağı planlaşdırmadığını bildirib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, o, bu açıqlamanı RealClearPolitics-ə verdiyi müsahibədə verib.

Respublikaçılar partiyasının Konqresin hər iki palatasına nəzarət etməsinə və administrasiyanın hərəkətlərini böyük ölüçəd dəstəkləməsinə baxmayaraq, Amerika lideri hərbi əməliyyat üçün rəsmi təsdiq almaqda maraqlı olmadığını bildirib. İranla müharibə üçün icazə alıb-almayacağı birbaşa soruşulduqda, prezident cavab verib: "Xeyr, düşünmürəm".

Qeyd edək ki, bundan əvvəl ABŞ prezidentləri hansısa xarici ölkədə hərbi əməliyyat apararkən həm Konqresdən razılıq alırdılar, həm də öz ətraflarında beynəlxalq koalisiya yaradırdılar ki, apardıqları müharibə hərtərfli legitim olsun.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR