Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Suriya ilə bağlı sanksiyaların götürülməsi prosesinə dair açıqlama verib.
Musavat.com-un məlumatına görə Tramp bildirib ki, qərar Ankara tərəfinin xahişi əsasında qəbul olunub.
“Bu region çox mürəkkəbdir və o Suriya prezidenti vəzifəsini icra edən Əhməd əş-Şara güclü bir adamdır. Mən onunla yaxşı münasibət qura bildim və Suriya istiqamətində xeyli irəliləyiş əldə olundu. Bilirsiniz, biz sanksiyaları Türkiyənin xahişi ilə götürdük”, — deyə Tramp qeyd edib.
Qeyd edək ki, Vaşinqton Suriyada yeni siyasi mərhələ çərçivəsində Dəməşqlə müəyyən məhdudiyyətlərin yumşaldılması və dialoqun genişləndirilməsi imkanlarını nəzərdən keçirir. Bu fonda Türkiyənin regionda vasitəçi rolunun gücləndiyi vurğulanır.
Musavat.com
30 Avqust 2026
01:12 Türkiyədən Yunanıstana “hərbi xəritə” şoku – Afinanın gizli bazaları bir-bir üzə çıxdı - VİDEO
29 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ