İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Zelenskini çətin vəziyyətə saldı - VİDEO

ABŞ prezidenti Donald Tramp G7 sammitində ukraynalı həmkarı Volodimir Zelenskini və Fransa prezidenti Emmanuel Makronu çətin vəziyyətə salıb.

Musavat.com bildirir ki, hadisə liderlərin ümumi görüşü zamanı baş verib.

Belə ki, toplantı əsnasında Tramp Makron və Zelenskini görməzlikdən gəlib.

O, hər iki liderin yanından keçərək, digər iştirakçılarla salamlaşmağa gedib.

Xatırladaq ki, cəmi bir gün əvvəl G7 sammiti çərçivəsində Tramp ilə Zelenski arasında təkbətək görüş baş tutub. Bu, son dörd ay ərzində iki lider arasında keçirilən ilk şəxsi görüş idi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR