Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenskinin Rusiyanın enerji atəşkəsini pozması ilə bağlı iddialarını faktiki olaraq rədd edib.
Musavat.com xəbər verir ki, Trampın sözlərinə görə, tərəflər arasında razılaşdırılan zərbələrin dayandırılması rejimi tam olaraq müəyyən edilən vaxt çərçivəsində icra olunub.
ABŞ dövlət başçısı qeyd edib ki, atəşkəs rejimi bazardan bazara qədər qüvvədə olmalı idi və Rusiya prezidenti bu öhdəliyinə sadiq qalıb. "Atəşkəs bazar günündən bazar gününə qədər davam etdi. Müddət bitdi və Putin güclü zərbə endirdi. Bir həftəlik fasilə belə böyük müddətdir, biz istənilən atəşkəsə sevinirik", — deyə Tramp bildirib.
Xatırladaq ki, Zelenski daha əvvəl Trampa müraciət edərək Rusiyanın enerji infrastrukturuna zərbələri bərpa etməsinə reaksiya verməyə çağırmışdı. Ukrayna tərəfinin iddiasına görə, əldə olunmuş razılaşma gələn cümə gününə qədər qüvvədə olmalı idi. Lakin Trampın son açıqlaması Vaşinqton və Kiyev arasında atəşkəsin müddəti ilə bağlı ciddi fikir ayrılığının olduğunu ortaya qoyub.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ