Onlayn ictimai-siyasi qəzet
ABŞ Nümayəndələr Palatasında prezident Donald Trampa qarşı impiçment proseduruna çağıran qətnamə səsverməyə çıxarılıb.
Musavat.com xəbər verir ki, Nümayəndələr Palatasının 22 üzvü qətnamənin qəbuluna, 147 üzvü əleyhinə səs verib.
Trampın impiçmentini tələb edən qətnamə 24 avqustda Konqresə ABŞ Nümayəndələr Palatasının üzvü Al Qrin (Texas ştatından Demokrat) tərəfindən təqdim edilib.
O, prezidenti İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) Xidmətinin hərəkətləri ilə əlaqədar səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham edir.
Musavat.com
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ