İnsanlara hürriyət, millətlərə istiqlal!

Tsarukyanın imperiyası çökür: Daha bir böyük zavod dövlətin əlinə keçdi

Həbsdə olan müxalif "Çiçəklənən Ermənistan" Partiyasının rəhbəri, iş adamı Qagik Tsarukyana məxsus "Ararat" konyak-şərab-araq kombinatı dövlətin idarəçiliyinə verilib.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Məlumata görə, qanunsuz mənşəli əmlakın müsadirəsi üzrə icraat çərçivəsində Baş Prokurorluğun vasitəçiliyi və Antikorrupsiya Məhkəməsinin qərarı ilə "Yerevan Konyak-Şərab-Araq Kombinatı" ASC-nin səhmləri İqtisadiyyat Nazirliyinin şəxsində Ermənistan Respublikasının idarəçiliyinə və mühafizəsinə verilib.

Prokurorluq ümumilikdə Tsarukyan və onunla əlaqəli şəxslərdən 75 daşınmaz əmlak obyektinin, 10 əmlak obyektinin bazar dəyərinin, 42 nəqliyyat vasitəsinin və 38 şirkətdəki payların müsadirə olunmasını tələb edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR