İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə qeyri-qanuni mərc əməliyyatı: 4-ü hakim olmaqla 40 nəfər saxlanıldı

Musavat.com xəbər verir ki, Türkiyədə aparılan genişmiqyaslı qeyri-qanuni "bahis" əməliyyatı nəticəsində 4-ü hakim olmaqla ümumilikdə 40 nəfər saxlanılıb.

İstintaq materiallarına görə, şəbəkə üzvləri ümumilikdə 3 milyard 700 milyon lirəyə yaxın məbləği xarici ölkələrdə fəaliyyət göstərən şirkətlərə transfer ediblər.

Geniş reydlər zamanı böyük həcmdə nağd pul və qiymətli metallar müsadirə olunub. Əməliyyat çərçivəsində aşağıdakı maddi sübutlar ələ keçirilib:

1 milyon 441 min avro,

630 min dollar,

5 milyon 183 min lirə,

5 kiloqram qızıl,

200 kiloqram gümüş,

Soyuq cüzdanlarda saxlanılan kriptovalyutalar.

Rəsmi qurumlar bildiriblər ki, əməliyyat ölkə üzrə davam edən ən böyük maliyyə nəzarəti tədbirlərindən biridir. Hadisə ilə bağlı istintaq genişləndirilir. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2026

27 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR