İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə təriqət lideri HƏBS EDİLDİ: 200 kilo qızıl müsadirə olundu - VİDEO

Türkiyədə dini icmalardan biri olan Süleymançılar təriqətinin lideri Əlihan Kurişin rəhbərlik etdiyi struktura bağlı çirkli pulların yuyulması işi üzrə araşdırma çərçivəsində polis 200 kiloqram külçə qızıl müsadirə edib.

Musavat.com xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.

Qızıl külçələri Əlihan Kurişin qardaşı Hilmi Tuna Kurişlə əlaqəli ünvanda aparılan axtarış zamanı aşkarlanıb. Qızılların mənşəyi araşdırılır.

İstintaq çərçivəsində 38 nəfər saxlanılıb. Məhkəmənin qərarı ilə onların 32-si, o cümlədən Əlihan Kuriş həbs edilib. Daha 6 şübhəli barəsində isə ev dustaqlığı qərarı verilib.

Araşdırma zamanı şübhəlilərlə əlaqəli şirkətlərin maliyyə əməliyyatları da öyrənilir. Türkiyənin Maliyyə Cinayətlərinin Araşdırılması İdarəsinin (MASAK) hesabatına görə, şirkətlərdən birinin 2017-2026-cı illər ərzində bank əməliyyatlarının həcmi 66,2 milyard türk lirəsini (təxminən 1,4 milyard dollar) ötüb.

Hesabatda şirkətlər arasında böyük məbləğdə pul köçürmələrinin və xarici maliyyə əməliyyatlarının həyata keçirildiyi bildirilir. Xüsusilə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindəki əməliyyatlarla bağlı ölkədən çıxarılan vəsaitin təxminən 8 milyard türk lirəsi (təxminən 167 milyon dollar) olduğu qeyd edilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Sentyabr 2026

31 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR