İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə Tramp üçün məxfi əməliyyat – təyyarəsi gizlicə...

ABŞ Prezidenti Donald Trampın ötən ay Türkiyədən ayrılması zamanı İran tərəfindən mümkün sui-qəsd təhlükəsi səbəbindən son dərəcə məxfi əməliyyat həyata keçirilib.

Musavat.com xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.

Məlumata görə, Trampın Türkiyədən çıxarılması zamanı onun hansı təyyarədə olduğunu gizlətmək üçün xüsusi yayındırıcı plan hazırlanıb. ABŞ prezidenti əvvəlcə “Air Force One” kimi istifadə edilən “Boeing 747” təyyarəsinə minib və ictimaiyyətə onun həmin təyyarə ilə yola düşəcəyi görüntüsü yaradılıb.

Lakin Tramp daha sonra təyyarənin digər tərəfindən gizli şəkildə çıxarılıb. Prezident hava limanına xidmət göstərən xüsusi avtomobillərdən biri ilə başqa təyyarəyə aparılıb.

Tramp daha kiçik “C-32A” hərbi təyyarəsinə keçirilib. Həmin təyyarə “Reach 18” çağırış kodu altında Türkiyədən Böyük Britaniyaya uçub.

Bu zaman jurnalistlər və hətta bəzi Ağ Ev əməkdaşları Trampın “Air Force One”da olduğunu düşünüblər. Prezidentin olmadığı həmin təyyarə isə yayındırıcı vasitə kimi uçuşunu davam etdirib. Əməliyyatın bəzi Ağ Ev əməkdaşlarından və jurnalistlərdən belə gizli saxlanıldığı bildirilir.

“The Washington Post”un məlumatına görə, belə ciddi təhlükəsizlik tədbirlərinin görülməsinə səbəb Trampa və ya onun təyyarəsinə qarşı İran tərəfindən mümkün hücumla bağlı etibarlı təhlükənin olması idi.

Qətərin ABŞ-yə verdiyi yeni “Boeing 747-8” təyyarəsi ilə bağlı təhlükəsizlik məsələsinin də qərarda rol oynadığı bildirilir. Yeni təyyarədə köhnə prezident təyyarəsində mövcud olan bəzi müdafiə vasitələrinin olmadığı qeyd edilir.

Beləliklə, Tramp Türkiyədən çıxarkən prezidentin real marşrutu və olduğu təyyarə son ana qədər gizli saxlanılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR