İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədən üç dənizdə NƏHƏNG HƏRBİ NÜMAYİŞ: 100 gəmi və 14 min hərbçi təlimlərə başladı

Türkiyə Silahlı Qüvvələri eyni vaxtda üç dənizdə genişmiqyaslı "Denizkurdu-I/2026" hərbi-dəniz təlimlərinə başlayıb.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi rəsmi məlumat yayıb.

Nəhəng dəniz manevrlərinə təxminən 14 min nəfər şəxsi heyət, 100 döyüş gəmisi və 50 aviasiya vasitəsi cəlb olunub. Sentyabrın 25-dək davam edəcək təlimlər eşzamanlı olaraq Qara dəniz, Egey dənizi və Şərqi Aralıq dənizi akvatoriyalarında keçirilir. Təlimlər çərçivəsində hərbçilər operativ döyüş hazırlığı ssenarilərini məşq edir və döyüş atışlı təlimlər həyata keçirirlər.

Təlimlərin kulminasiya nöqtəsi kimi sentyabrın 24-də Şərqi Aralıq dənizində, Türkiyə Hərbi Dəniz Qüvvələrinin flaqmanı olan "TCG Anadolu" gəmisində "Fəxri Müşahidəçilər Günü" təşkil olunacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR