İnsanlara hürriyət, millətlərə istiqlal!

UEFA “Qarabağ”a cəza və cərimə kəsdi, güzəştə getdi

UEFA “Qarabağ”ı cəzalandırıb.

Bu barədə Britaniyanın “The Sun” nəşri məlumat yayıb.

Cəzaya səbən Bakıda İngiltərənin “Çelsi” komandası ilə keçirilən (0:5) UEFA Gənclər Liqasının (U-19) 4-cü tur matçında tribunalarda baş verən xoşagəlməz insident səbəb olub.

Məlumata görə, klub 5 min avro məbləğində cərimələnib.

Bununla yanaşı, U-19 komandası UEFA-nın bayrağı altında bir oyunu azarkeşsiz keçirməli olacaq, lakin bu qərarın icrası həmin qərarın qəbul edildiyi tarixdən etibarən bir il sınaq müddəti ilə dayandırılıb.

Görüş zamanı meydan sahiblərindən bir azarkeş, qonaq komandanın futbolçusu Sol Qordanın vurduğu qoldan sonra ona qarşı irqi ayrı-seçkilik nümayiş etdirib.

Matçdan sonra “Çelsi” bu hərəkəti qınamış, “Qarabağ” isə hadisəyə görə təəssüf etdiyini bildirərək məsələ ilə bağlı araşdırma aparmağa hazır olduğunu bildirmişdi. (sportinfo.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR