Onlayn ictimai-siyasi qəzet
The Telegraph qəzeti Avropa diplomatik mənbələrinə istinadən xəbər verir ki, Ukrayna döyüşlərin dayandırılması variantını nəzərdən keçirməyə hazırdır.
Musavat.com bildirir ki, şərtə görə, Rusiya hazırda nəzarət etdiyi işğal olunmuş əraziləri – Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətlərinin bir hissəsi, eləcə də Krım üzərində faktiki nəzarəti saxlayacaq.
Nəşrin məlumatına görə, Prezident Volodimir Zelenskinin mövqeyində belə yumşalma ehtimalı Donald Tramp və Vladimir Putin arasında Alyaskada keçiriləcək görüş ərəfəsində diplomatik dairələrdə müzakirə olunur.
Musavat.com
27 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ