İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada hərbi skandal: 80 əsgəri şəxsi tikintisində işlədən komandir saxlanıldı — FOTO

Ukrayna Silahlı Qüvvələrinin mayoru 80 əsgərdən ibarət bölüyü Odessa vilayətində özünə şəhərkənarı ev tikməyə məcbur edib.

Musavat.com xəbər verir ki, Ukrayna Baş Prokurorluğunun yaydığı məlumata görə, tikinti işləri bir neçə ay davam edib. Tikinti materiallarının daşınması üçün isə hərbi yük nəqliyyatından istifadə olunub.

Qanunsuz əməlləri ifşa edilən hərbi hissə komandiri saxlanılıb. Ona qarşı vəzifə səlahiyyətlərini aşma maddəsi ilə ittiham irəli sürülüb. Mayor 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası ilə üz-üzədir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Sentyabr 2026

02 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR