Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidenti Vladimir Putin Ukrayna Silahlı Qüvvələrinin Starobelskdəki yataqxanaya endirdiyi zərbə nəticəsində 6 nəfərin həlak olduğunu bildirib.
Musavat.com xəbər verir ki, Rusiya dövlət başçısı bununla bağlı Müdafiə Nazirliyinə cavab tədbirlərinə dair təkliflər hazırlamaq barədə tapşırıq verib.
Putin həmçinin Ukrayna hərbçilərini "rejimin əmrlərini" yerinə yetirməməyə çağırıb.
Qeyd edəkm ki, Ukraynaya məxsus pilotsuz uçuş aparatları (PUA) Luqansk Pedaqoji Universitetinin Starobelsk filialına hücum edib.
Bildirilib ki, təhsil korpusuna və universitetin yataqxanasına endirilən zərbə nəticəsində 35 tələbə xəsarət alıb.
Rusiya Ukrayna Silahlı Qüvvələrinin Starobelskdəki yataqxanaya endirdiyi zərbədən sonra BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini istəyib.
Musavat.com
04 Iyun 2026
03 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ