İnsanlara hürriyət, millətlərə istiqlal!

Ülviyyədən Talehin videosuna münasibət

Aktrisa Ülviyyə Xəlilbəyli Taleh Yüzbəyovun videosuna münasibət bildirib.

Musavat.com xəbər verir ki, aktrisa sosial şəbəkədə paylaşdığı hekayədə estetik müdaxilələrlə bağlı fikirlərini bölüşərək hər kəsin öz bədəni ilə bağlı qərar vermək hüququnun olduğunu vurğulayıb.

“Bu da mənim fikrimdir” qeydi ilə paylaşım edən Ülviyyə Xəlilbəyli yazıb ki, insan xarici görünüşündə onu narahat edən bir məqamı dəyişmək istəyirsə və bu dəyişiklik ona özünü daha yaxşı hiss etdirməyə kömək edirsə, bunda problem görmür.

Aktrisanın sözlərinə görə, estetik prosedurların məqsədi çox vaxt insanın özünəinamını artırmaq və onu narahat edən kompleksləri aradan qaldırmaqdır. O bildirib ki, estetik əməliyyat etdirən insanların tez-tez tənqid və qınaq hədəfinə çevrilməsi doğru deyil:

“Hər kəs öz bədəni və görünüşü ilə bağlı qərarı özü verməlidir. Təbii qalmağı seçən də, estetik müdaxiləyə müraciət edən də. Hər iki seçimə hörmətlə yanaşmaq lazımdır.”

Ülviyyə Xəlilbəyli əlavə edib ki, əsas məsələ həddi aşmamaq, bayağılığa və süni görünüşə çevrilməməkdir. Onun fikrincə, insanın özünü daha rahat və xoşbəxt hiss etməsi üçün etdiyi dəyişikliklər tamamilə normaldır.

Aktrisa paylaşımının sonunda başqalarının seçimlərinə görə onları mühakimə etməyin və alçaltmağın doğru olmadığını vurğulayaraq, hər kəsin öz həyatı, bədəni və seçimləri ilə bağlı qərar vermək haqqına malik olduğunu qeyd edib.

Könül
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR