Onlayn ictimai-siyasi qəzet
Bəxtiyar Hüseynalı oğlu Əsgərov Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib. Bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov 28 sentyabr 2026-cı il tarixli sərəncam imzalayıb.
Musavat.com xəbər verir ki, Bəxtiyar Əsgərovun Naxçıvan Ali Məclisinin sabiq sıdri Vasif Talıbovun kadrı olduğu deyilir
10 fevral 1981-ci ildə Naxçıvanın Culfa rayonunda anadan olan Bəxtiyar Əsgərov 28 fevral 2014-cü ildən Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyinə rəhbərlik edirdi.
Filologiya üzrə fəlsəfə doktoru olan B.Əsgərov 1999-cu ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 2005-2026-cı ildə YAP Gənclər Birliyində sədr müavini olub.
Bəxtiyar Əsgərov bu gün azad edildiyi vəzifəyə Naxçıvan Muxtar Respublikası Ali Məcisinin sabiq sədri Vasif Talıbov tərəfindən təyin edilmişdi. Onun Vasif Talıbovun yaxın adamlarındam biri olduğu barədə zaman-zaman mətbuatda çoxlu sayda məlumatlar yayılıb.
B.Əsgərovun Talıbovun fəaliyyətini ictimai-siyasi müstəvidə alovlu müdafiə edən əsas simalardan biri kimi çıxış etməsi də bu məlumatları təsdiqləyir.
Musavat.com
11 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ