İnsanlara hürriyət, millətlərə istiqlal!

Vaşinqton açıqladı: İranın raket proqramında Ukrayna izi tapıldı

ABŞ 32 fiziki və hüquqi şəxsə sanksiyalar tətbiq edib. Onlar İranın ballistik raket və pilotsuz uçuş aparatları (PUA) istehsalı proqramı ilə əlaqələndirilir.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin yaydığı açıqlamada bildirilir.

Sanksiya siyahısına İran, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Çin, Hindistan, Almaniya və Ukraynadan olan şirkətlər daxil edilib. ABŞ Maliyyə Nazirliyi bildirir ki, bu şirkətlər “İranda ballistik raketlər və PUA istehsalını dəstəkləyən geniş tədarük şəbəkələrini idarə edirlər”.

Açıqlamada qeyd olunur ki, müəyyən edilmiş şəbəkələrdən biri 2023-cü ildən bəri Tehranın Çindən ballistik raket komponentlərinin alınmasını əlaqələndirib.

Digər bir qurum isə Ukrayna ərazisindəki “GK Imperativ Ukraina” MMC və “Ekofora” MMC kimi saxta şirkətlər vasitəsilə İran dövlət şirkətinə PUA-lar üçün komponentlərin alınmasında yardım edib.

ABŞ Maliyyə Nazirliyinin müavini Con Herli bildirib: “İran dünyanın maliyyə sistemlərindən çirkli pulların yuyulması, nüvə və ənənəvi silahları üçün komponentlərin alınması və terrorçu qruplarını dəstəkləmək üçün istifadə edir”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR