Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın vitse-prezidenti J.D.Vens İranla danışıqlar aparmaq üçün bu gün Amerika nümayəndə heyətinə başçılıq edərək Pakistanın paytaxtı İslamabada uçacaq.
Musavat.com xəbər verir ki, bu, Vensin Ağ Ev tərəfindən açıqlanan iş qrafikində əksini tapıb.
Vens Pakistana Endryus Hərbi Hava Qüvvələri Bazasından yola düşəcək.
Amerika nümayəndə heyətinin səfər saatı hələ açıqlanmayıb.
Danışıqların yerli vaxtla şənbə günü səhər baş tutacağı gözlənilir. ABŞ-ı həmçinin Trampın xüsusi elçisi Stiv Vitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner təmsil edəcək.
Musavat.com
19 Iyul 2026
18 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ