İnsanlara hürriyət, millətlərə istiqlal!

Vens: “Prezidentlik gündəmdə deyil”

ABŞ-ın vitse-prezidenti Cey Di Vens bildirib ki, nə o, nə də dövlət katibi Marko Rubio hazırda prezident postuna iddia edə bilər.

Musavat.com xəbər verir ki, o, bunu “Fox News”a müsahibəsində deyib.

Vensin sözlərinə görə, “Politico”da yayılan “2028-ci ildə Vensin prezidentliyə namizəd olacağı” barədə məlumatlar əsassızdır. O, Rubionu rəqib kimi görmədiyini, əksinə, həmkarı hesab etdiyini vurğulayıb.

Vitse-prezident hazırda bütün diqqətini administrasiyanın gündəliyinə yönəltdiyini və respublikaçıların 2026-cı il ara seçkilərində üstünlük qazanmaq üçün çalışdıqlarını bildirib. Prezidentliyə mümkün namizədlərlə bağlı qərar Donald Trampla müzakirə olunacaq.

Xatırladaq ki, prezident Tramp oktyabrda mümkün varislər arasında həm Vensin, həm də Rubionun adını çəkmişdi və onların “güclü namizədlər” olduğunu demişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR