İnsanlara hürriyət, millətlərə istiqlal!

Vitkoff hesab edir ki, ABŞ, Rusiya və Ukrayna ticarət tərəfdaşlığına başlayacaq

ABŞ Prezidentinin xüsusi elçisi Stiven Vitkoff  hesab edir ki, ABŞ-ın sülh planı qəbul edilərsə, ABŞ, Rusiya və Ukrayna iqtisadi sahədə əməkdaşlıq edəcəklər.

Musavat.com xəbər verir ki, o, fikirlərini The Wall Street Journal-a (WSJ) açıqlayıb. Onun fikrincə, iqtisadi əməkdaşlıq yeni münaqişələrin qarşısını almağa kömək edəcək: "Əgər bütün bunları (Ukraynadakı münaqişənin həlli üçün ABŞ planını qəbul etsək – red.) etsək, təbii ki, bu, gələcək münaqişələrə qarşı müdafiəyə çevriləcək".

Vitkoff həmçinin üç ölkənin sonda ticarət əlaqələrini qoruyub saxlaya biləcəyinə ümid etdiyini bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR