Onlayn ictimai-siyasi qəzet
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) hazırlıq çərçivəsində mühüm mərhələ qeydə alınıb. Bu günə olan məlumata görə, forumda iştirak üçün artıq 182 ölkədən 40 mindən çox şəxs qeydiyyatdan keçib.
Musavat.com xəbər verir ki, bu barədə forumun rəsmi məlumatında bildirilib. Qeyd olunub ki, belə geniş beynəlxalq maraq şəhərlərin daha təhlükəsiz, inklüziv və dayanıqlı inkişafı istiqamətində qlobal əməkdaşlığın gücləndiyini göstərir.
Forum çərçivəsində şəhər planlaşdırılması, dayanıqlı inkişaf, iqlim dəyişiklikləri ilə mübarizə və şəhərlərin gələcək inkişaf modelləri ilə bağlı müzakirələrin aparılması nəzərdə tutulur.
01 Sentyabr 2026
31 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ