Onlayn ictimai-siyasi qəzet
Türkiyəli müğənni Seda Sayan oğlu Oğulcan Engin və onun sevgilisi, aktrisa İlayda Alişanla bağlı sualları cavablandırıb.
O, evlilik qərarının yalnız gənclərin özündən asılı olduğunu bildirib.
"Kadırgalı" ləqəbli Seda Sayan bunları deyib:
"İlaydanı mənə oxşadırlar. Oğulcana deyirəm, o isə cavab verir ki, 'yox'. Amma mən də bənzədirəm. Gəncliyimə oxşayır, çox gözəl qızdır. Çox bəyənirəm. Evlənmək onların ala biləcəyi qərardır, bu barədə yalnız onlardan soruşmaq lazımdır. Əgər mən İlaydanın yerində olsaydım, çoxdan ailə qurmuşdum. Nə gəzirsən, xalqın oğlu ilə" - deyə, sənətçi sözlərinə gülərək əlavə edib.
Qeyd edək ki, Seda Sayan özü 7 dəfə nikah masasına oturub./Milli.Az
06 Sentyabr 2026
05 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ