Onlayn ictimai-siyasi qəzet
ABŞ hakimiyyəti ya Kuba ilə "çox tezliklə" razılığa gələcək, ya da Havana ilə bağlı "etməli olduqlarını edəcək".
Musavat.com xəbər verir ki, bu xəbərdarlığı ABŞ prezidenti Donald Tramp Florida ştatının Vest Palm Biç şəhərindən ABŞ paytaxtına gedən təyyarəsində jurnalistlərlə söhbətində səsləndirib: "Kuba da razılaşma istəyir və inanıram ki, biz ya çox tezliklə razılaşmaya çatacağıq, ya da etməli olduqlarımızı edəcəyik".
Qeyd edək ki, martın 14-də Havana ABŞ-la danışıqlara başladıqlarını elan edib. Danışıqların hansı səviyyədə, kiminlə aparıldığı açıqlanmayıb.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ