Onlayn ictimai-siyasi qəzet
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Rusiya-Ermənistan münasibətlərini qeyri-adi bənzətmə ilə xarakterizə edib.
Musavat.com xəbər verir ki, Zaxarova bu barədə “Mash” nəşrinə müsahibəsində danışıb.
O, Rusiya ilə Ermənistan arasındakı münasibətləri təsvir edərkən belə deyib: “Bağışlayın, əlbəttə, amma belə bir qızla görüşərdiniz?”
Zaxarova müsahibə zamanı iqtisadi məhdudiyyətlər və Moskva-İrəvan münasibətlərinin hazırkı vəziyyəti ilə bağlı sualları da cavablandırıb. Rusiya XİN sözçüsünün bu ifadəsi sosial şəbəkələrdə və mediada geniş müzakirələrə səbəb olub.
Qeyd edək ki, son illər Rusiya və Ermənistan arasında münasibətlərdə gərginlik müşahidə olunur.
Afaq,
Musavat.com
05 Iyun 2026
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ