Onlayn ictimai-siyasi qəzet
Ukrayna prezidenti Volodimir Zelenski "Fox News" telekanalına müsahibəsində Krımın qaytarılması məsələsinin hazırda gündəlikdə olmadığını bildirib.
Musavat.com xəbər verir ki, dövlət başçısı bu addımın insan itkilərinin qarşısını almaq üçün vacib olduğunu vurğulayıb.
"Təəssüf ki, yox. Ya da hələlik yox – baxarıq, bilmirəm. Bu torpaq çox vacibdir. Bu, bizim ərazimizdir. Bu, bizim tariximizdir. Lakin ən əsası – insanları itirməməkdir", – deyə Zelenski qeyd edib.
Qeyd edək ki, Zelenskinin bu bəyanatı Ukrayna Silahlı Qüvvələrinin Krım istiqamətində dron və raket hücumlarını intensivləşdirdiyi bir dönəmə təsadüf edir.
Son günlərdə Ukrayna PUA-ları yarımadanın hərbi və energetika infrastrukturlarını, logistika mərkəzlərini, həmçinin hərbi obyektlərini, yanacaq depolarını və aerodromları hədəf almaqda davam edir. Son PUA zərbələri nəticəsində yarımadanın şərq hissəsində, xüsusilə Kerç və ətraf yaşayış məntəqələrində enerji təchizatında ciddi kəsintilər yaranıb, neft bazaları və hərbi anbarlar zədələnib. Ekspertlər hesab edirlər ki, Kiyev diplomatik müstəvidə təmkinli bəyanatlar versə də, hərbi baxımdan yarımadanı təcrid etmək və Rusiya ordusunun təchizat zəncirini qırmaq strategistiyasını yürüdür.
Musavat.com
30 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ