İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski: Ukrayna Çeboksarıdakı hərbi müəssisəyə və Samarada neft emalı zavoduna zərbələr endirib

Ukrayna ordusu Rusiya ərazisindəki obyektlərə, o cümlədən Çeboksarıdakı hərbi zavoda və Samara vilayətindəki Kuybışev neft emalı zavoduna (NEZ) zərbələr endirib.

"Report"un məlumatına görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "X" sosial şəbəkəsində yazıb.

"Biz Rusiyanın hərbi obyektlərinə və neft sənayesinə qarşı Ukraynanın uzunmüddətli sanksiyalarının tətbiqini davam etdiririk. Xüsusilə ötən gecə Ukrayna qüvvələri Rusiya ordusunu pilotsuz uçuş aparatları və raketlər üçün komponentlərlə təchiz edən Çeboksarıdakı hərbi zavoda zərbə endirib", - Zelenski yazıb.

Onun sözlərinə görə, həmin gecə Rusiyanın Samara vilayətindəki Kuybışev neft emalı zavodu da vurulub.

Ukrayna Prezidenti bəyan edib ki, cəbhə xəttindən bəzi obyektlərə qədər məsafə 900 kilometri ötür.

"Ukrayna Təhlükəsizlik Xidmətinin cavab addımları Vladimir vilayətindəki iki neft infrastrukturu obyektindən də yan keçməyib", - o vurğulayıb.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Iyun 2026

10 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR