Onlayn ictimai-siyasi qəzet
Ukrayna Prezidenti Volodimir Zelenski Polşanın paytaxtı Varşavada ölkənin yeni prezidenti Karol Navrotski ilə görüşüb.
Musavat.com xəbər verir ki, bu, Navrotskinin prezident postuna gəlməsindən sonra liderlər arasında ilk rəsmi görüşdür.
Məlumata görə, danışıqların əsas gündəmini təhlükəsizlik məsələləri, iqtisadi əməkdaşlıq, eləcə də tarixi mövzularla bağlı həssas suallar təşkil edir. Tərəflərin regional təhlükəsizlik, Ukraynaya dəstək və ikitərəfli münasibətlərin gələcək inkişafı ətrafında fikir mübadiləsi aparacağı bildirilir.
Görüş başa çatdıqdan sonra Zelenski və Navrotskinin birgə mətbuat konfransı keçirməsi nəzərdə tutulur.
Musavat.com
22 Avqust 2026
21 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ