İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskiyə təzyiq: ABŞ Kiyevdən ərazi razılaşmasını tələb edir

Musavat.com xəbər verir ki, ABŞ administrasiyası Ukrayna Prezidenti Volodimir Zelenskiyə Moskva ilə hazırlanmış “çərçivə sazişi”nə razılıq verməsi üçün təzyiqləri artırır. Bu barədə RБК-Ukraina-ya danışan məlumatlı mənbə bildirib.

Mənbənin sözlərinə görə, sənəd 28 maddədən ibarətdir və onlar arasında ərazi məsələləri də yer alır. Xüsusilə, Ukraynadan tələb olunur ki, hazırda işğal altında olan bölgələri — o cümlədən Krımı — Rusiya kimi tanısın.

Sazişin başqa vacib bəndlərindən biri Ukraynanın uzaqmənzilli zərbə imkanlarının məhdudlaşdırılmasıdır. Bu, Kiyevin Rusiyanın dərinliklərinə hücum etməsinə mane olmağı nəzərdə tutur.

İddiaya görə, sənəd ABŞ tərəfindən Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyevlə birlikdə hazırlanıb və Dmitriyev “nəticədən razıdır”. Lakin mənbə qeyd edir ki, Ukrayna cəmiyyəti bu cür razılaşmanı qəbuledilməz hesab edəcək.

Məlumatlı şəxs əlavə edib ki, Prezident Zelenskiyə artıq ABŞ tərəfindən “hiss olunan təzyiq” göstərilməyə başlanılıb. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR