Onlayn ictimai-siyasi qəzet
Keçən dəfə futboldan yazmışdım, oxu sayı rekord qırdı. Hərçənd bəyənməyən, irad bildirənlər də vardı. Bir simsar adam yazmışdı ki, siyasət yazdınız, bay elədiniz, indi də keçmisiz futbola.
Sanki futboldan ayda 30 yazı yazırıq. O da bir iş idi, dəmi, yeri gəlmişdi, yazdıq. Yer gəlmişkən, yeri getməyib hələ, bu yazı da o mövzuda olacaq.
Mən irad bildirən siyasətcil rəfiqimə yazdım ki, artıq siyasət maraqlı deyil, futbol daha maraqlıdır, ona görə də siyasətdən (hansı siyasətdən – başqa söhbətdir) yazanda az oxunur, futboldan yazanda – çox.
O, fikirləşənə qədər əlavə etdim ki, özün müqayisə elə, bax, ölkə siyasətində 33 ildir ki, bütün yarışma və müsabiqələrdə, seçkilərdə YAP qalib gəlir, amma futbolumuzun ən güclü komandası “Qarabağ” heç də həmişə çempion olmur, hər oyunda qalib gəlmir, məsələn, hazırda turnir cədvəlində birinci yerdə deyil, o gün də autsayder “Kəpəz”ə uduzub. Rəngarənglik, dəyişiklik var, ona görə də maraqlıdır. “Qarabağ” həmişə udsaydı və 33 il ard-arda çempion olsaydı, maraqlı olardı? Olmazdı.
Bəradər razılaşmadı, yazdı ki, bunlar fərqli-fərqli şeylərdir, amma mən onunla razılaşdım, yazdım ki, düz deyirsən, fərqli-fərqli şeylərdir, amma acı reallıq belədir.
İnandırıram sizi, bu saat çıxaq küçəyə, 10 cavan adamdan ölkəmizin maliyyə nazirinin kim olduğunu soruşaq, ən azı yeddisi “variantlar nədir” deyə soruşacaq. Ancaq eyni adamlardan Zubirin kim olduğunu soruşaq, tapança kimi cavab verəcəklər. Zubirin gördüyü iş maraqlıdır. (Bu yerdə müəllif Google-dən maliyyə nazirinin kim olduğunu öyrənir, təəccüblənir, amma rahatlaşır).
Gerçəklik bundan, bir də ondan ibarətdir ki, məmləkət əhli bu gün gecənin tən yarısında Liverpul şəhərində keçiriləcək futbol matçına kilidlənib, “Qarabağ”dan xoş soraq gözləyir – ya qələbə, ya da heç-heçə.
Əslində minimal hesabla uduzmaq da ziyan eləməz. Çünki turnir cədvəlində “Qarabağ”dan aşağıda olan, növbəti mərhələyə çıxmaq şansını itirməmiş 9 komandanın 9-nun da lazımi xallar qazanması fantastikanın piki olardı. Onlardan ən azı 3-ü uduzacaq, 1-2-si heç-heçə edəcək və “Qarabağ” növbəti mərhələyə keçəcək.
Yüz ildir futbola baxırıq, mümkün deyil ki, 9 komanda eyni vaxtda qələbə qazansın, heç biri xal itirməsin.
Zatən, onlardan ikisi – ispanların “Atletik”i ilə belçikalıların “Brüqqe”sinin biri o birini “bədbəxt” edəcək. İstənilən nəticə onlardan birini “Qarabağ”dan aşağıdakı pillədə saxlayacaq. Qalır bir komanda, o da 7 komandadan biri olacaq.
Komandamız qələbə qazansa, lap əla olar. Ancaq hamımız başa düşürük ki, “Liverpul” dünyanın “əjdaha” komandalardan biridir. O vaxt (2005-də) bu komanda Milanın “Milan”ından 1-ci hissədə 3 qol yemişdi, hamı deyirdi, iş bitdi. Amma “Liverpul” 2-ci hissədə 3 qol vurdu, hesabı bərabərləşdirdi, axırda da penalti seriyasında qələbə qazandı. “Milan”ın penaltilərinin üçünü dünya ulduzları – Pirlo, Kaka və Şevçenko vura bilmədi.
O da yadımdadır ki, oyunun ertəsi günü şayiə yayıldı, hamı İtaliyanın o vaxtkı baş naziri, eyni zamanda “Milan” klubunun prezidenti olan Silvio Berluskoninin bukmeker kontorları ilə danışıb oyunu satdığından danışırdı. Amma inandırıcı deyildi. Berluskoni milyarder idi, baş naziriydi, o özü ÇL-nin kubokunu almağa 1 milyard verərdi.
Yəni “Liverpul” keçmişi olan komandadır. Düzdür, hazırkı heyətdə Stiven Cerard kimi kapitan yoxdur, amma elə oyunçular var ki, istənilən komandanın ağzını Cerard kimi cırarlar. Oyundan qabaq itki verməklərinə də arxayın olmayaq. Hamısı “Liverpul”un oyunçusudur. Olmasın Salah, olsun Frimponq, Qarabağ atı kimi qaçır hamısı.
Bizimkilər gərək onlarla ehtiyatlı oynasınlar. “Ehtiyatlı” deyəndə o vaxt Qara Qarayevin “Çelsi” ilə Bakıdakı oyunda oynadığı kimi həyəcandan əsə-əsə oynamaq nəzərdə tutulmur.
Qorxmaq lazım deyil, qızışıb çox qabağa getməyə də ehtiyac yoxdur. “Partizan” taktikası ilə oynamaq gərəkdir, hücum edirsən, alınır, zərbə-qol vurursan, alınmır, aradan çıxırsan. Burasını artıq Qurban qardaş bilər.
Xüləs, sabah gecə saat 01.55-də söhbətə nöqtə qoyulacaq.
02 Iyun 2026
30 May 2026
22 May 2026
20 May 2026
18 May 2026
16 May 2026
14 May 2026
12 May 2026
09 May 2026
07 May 2026
05 May 2026
03 May 2026
01 May 2026
30 Aprel 2026
28 Aprel 2026
25 Aprel 2026
23 Aprel 2026
21 Aprel 2026
19 Aprel 2026
16 Aprel 2026
14 Aprel 2026
12 Aprel 2026
10 Aprel 2026
07 Aprel 2026
05 Aprel 2026
02 Aprel 2026
31 Mart 2026
28 Mart 2026
26 Mart 2026
24 Mart 2026
ŞƏRHLƏRŞƏRH YAZ