İnsanlara hürriyət, millətlərə istiqlal!

2 rayonda qaz OLMAYACAQ

Xaçmaz rayonun Qusarçay kəməri adlanan orta təzyiqli qaz xəttindən Nərəcan kəndi istiqamətinə ayrılan qaz xətti üzərinə balans ölçü qovşağının quraşdırılması ilə əlaqədar olaraq sabah saat 10:00-dan etibarən qaz təchizatının daxildən dayandırılması planlaşdırılıb.

Bu barədə Musavat.com-a "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, qaz təchizatı dayandırılan müddətdə Nərəcan, Ağtala və KrasnıXutor kəndləri olmaqla ümumilikdə 1631 abonentin qaz təchizatında fasilə yaranacaqdır.

Bundan başqa, Şabran rayonun Sincadboyad kəndi istiqamətində istismarada olan orta təzyiqli qaz xəttinə yeni çəkilmiş qaz xəttinin qoşulması ilə əlaqədar olaraq sabah saat 10:00-dan etibarən qaz təchizatının daxildən dayandırılması planlaşdırılıb. Sincadboyad kəndi daxil olmaqla ümumilikdə 226 abonentin qaz təchizatında fasilə yaranacaqdır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR