İnsanlara hürriyət, millətlərə istiqlal!

4,3 milyardlıq iş: Rusiyanın sabiq Mərkəzi Bank rəhbər müavini axtarışda!

Rusiyanın Mərkəzi Bankı sədrinin sabiq müavini Yuri İsayev federal axtarışa verilib. O, milyardlarla rubl vəsaitin mənimsənilməsində ittiham olunur.

Musavat.com Rusiya mənbələrinə istinadən xəbər verir ki, Yuri İsayevə qarşı 4,3 milyard rublun mənimsənilməsi ilə bağlı ittiham irəli sürülüb.

Mənbələrin məlumatına görə, yaxın vaxtlarda istintaq onun barəsində qiyabi həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət edəcək. Bundan sonra isə İsayevin beynəlxalq axtarışa verilməsi gözlənilir.

İddialara əsasən, söhbət Yuri İsayevin Əmanətlərin Sığortalanması Agentliyinə (ASV) rəhbərlik etdiyi dövrdən gedir.

İstintaqın versiyasına görə, o, müavinləri ilə birlikdə müflis olmuş Mejtopenerqobankın borclularına məxsus aktivləri bazar qiymətindən xeyli ucuz qiymətə nəzarətlərində olan şirkətlərə satıb. Həmin şirkətlər isə daha sonra bu aktivləri bazar qiymətinə icarəyə verərək böyük gəlir əldə ediblər.

İstintaq bu sxem nəticəsində 4,3 milyard rublun mənimsənildiyini iddia edir.

Yuri İsayev on ildən artıq müddətdə Əmanətlərin Sığortalanması Agentliyinə rəhbərlik edib.

2022-ci ilin yanvarında isə o, Rusiya Mərkəzi Bankı sədrinin müavini təyin olunub. Həmin ilin iyununda xarici investisiyalara nəzarət üzrə Hökumət Komissiyasının tərkibinə daxil edilib.

Lakin elə həmin ilin avqustunda onun gözlənilmədən vəzifədən getdiyi məlum olub.

Mənbələrin iddiasına görə, Yuri İsayev postunu tərk etdikdən dərhal sonra Rusiyanı tərk edib və hazırda ailəsinə məxsus daşınmaz əmlakın olduğu Kiprdə yaşayır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR