Onlayn ictimai-siyasi qəzet
ABŞ-dan deportasiya edilmiş 44 Özbəkistan vətəndaşını daşıyan daha bir çarter reysi Daşkəndə çatıb.
Musavat.com xəbər verir ki, bu barədə Gazeta.uz saytı XİN-in mətbuat katibi Əhror Burxanova istinadla məlumat yayıb.
O bildirib ki, Özbəkistan vətəndaşlarının "təhlükəsiz və vaxtında çatdırılması" üçün uçuş müvafiq ABŞ qurumları ilə birgə təşkil edilib.
Burxanov əlavə edib ki, digər ölkələrdəki Özbəkistan vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, onların qanuni hüquqlarının qorunması və onların vətənə qaytarılması sahəsində əməkdaşlıq davam edir.
ABŞ səfirliyinin yaydığı bəyanatda bildirib: "Bugünkü hərəkətlərin göstərdiyi kimi, ABŞ qanunsuz immiqrasiyanın dayandırılması və sərhəd təhlükəsizliyimizin gücləndirilməsi öhdəliyində qətiyyətlidir. Bu prioriteti dəstəkləmək üçün Özbəkistanla güclü tərəfdaşlığa və sıx əməkdaşlığa görə dərin minnətdarlığımızı bir daha təsdiqləyirik".
Aviasiya məlumatlarına görə, uçuş Amerika çarter aviaşirkəti olan “Omni Air International” tərəfindən idarə olunan “Boeing 767-300” təyyarəsi ilə həyata keçirilib. Eyni aviaşirkət oktyabrın 10-da da deportasiya uçuşunu həyata keçirib.
Təyyarə 20 yanvarda yerli vaxtla saat 6:50-də ABŞ-Meksika sərhədində yerləşən Texas ştatının El Paso şəhərindən yola düşüb. Saat 12:30-da ABŞ-nin şərq sahilindəki Nyu-Hempşirə eniş edib.
Deportasiya edilənləri daşıyan təyyarə oradan saat 14:43-də havaya qalxıb və 21 yanvar tarixində saat 05:33-də Rumıniyanın Buxarest şəhərinə enib. Daha sonra təyyarə Buxarestdən İrəvan şəhəri yaxınlığındakı “Zvartnots” hava limanına enib və nəhayət, saat 19:21-də Daşkəndə enib.
Tramp administrasiyası qanunsuz immiqrasiyaya qarşı tədbirləri israrla və qətiyyətli şəkildə davam etdirir.
Musavat.com
19 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ