Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın bütün ştatlarında keçirilən Tramp əleyhinə mitinqlərdə təxminən 7 milyon insan iştirak edib.
Musavat.com xəbər verir ki, bu barədə "The Washington Post" (WP) yazıb. Nəşr qeyd edir ki, bu rəqəmlər hələ müstəqil mənbələr tərəfindən təsdiqlənməyib, lakin məlumat doğru çıxarsa, bu etirazlar iyun ayında keçirilən “No Kings” aksiyasından daha genişmiqyaslı olacaq.
Etiraz aksiyalarına əsasən demokrat tərəfdarları qatılıb və onların məqsədi miqrasiya qanunlarının sərtləşdirilməsinə etiraz etməkdir.
Bir çox şəhərlərdə aksiya iştirakçıları fişənglər, tüstü bombaları və lazerlərdən istifadə ediblər. Polis kütlələri yaşartıcı qaz və boya tapançaları ilə dağıtmağa çalışıb.
Ekspertlər bildirirlər ki, bu etirazlar Tramp administrasiyasının miqrasiya siyasətinə qarşı ən böyük ictimai reaksiya kimi tarixə düşə bilər və ölkədə siyasi qütbləşməni daha da dərinləşdirir.
Musavat.com
06 Sentyabr 2026
01:55 Günlərlə suda qaldı – Qazax xilasedicilər taqətdən düşmüş atı ölümdən belə qurtardılar - Video
05 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ