İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Hörmüzdə İranın "ağcaqanad donanması"nı məhv edə bilmir

ABŞ ordusu indiyə qədər Hörmüz boğazını bağlayan İranın "ağcaqanad donanmasını" məhv edə bilməyib.

Musavat.com xəbər verir ki, bu barədə “Nyu-York tayms” qəzeti məlumat yayıb.

Nəşr bildirir ki, bu qayıqlar ticarət gəmilərinə hücum edir və tez bir zamanda təqibdən yayınır.

Qəzetin məlumatına görə, bunlar saatda 185 km sürət yığa bilən minlərlə kiçik, yüksək sürətli qayıqdır. Onlar pulemyotlarla təchiz olunmuş, raket və dronlar ata bilən platformalarla silahlanıblar.

ABŞ ordusu üçün bu cür hədəfləri aşkar etmək çətindir: qayıqları peyk görüntülərində və radarlarda aşkar etmək çətindir və onların bazaları tez-tez İran sahilləri boyunca yeraltı sığınacaqlarda gizlənir. Ticarət gəmilərinə hücum etdikdən sonra onlar tez bir zamanda dörd yana səpələnir və təqibdən qaçırlar.

İran donanmasına əhəmiyyətli itkilər, o cümlədən əksər hərbi gəmilərinin məhv edilməsinə baxmayaraq, "ağcaqanad donanması" məğlubedilməz olaraq qalır.

Beynəlxalq Dəniz Təşkilatının məlumatına görə, İrana qarşı müharibənin başlanğıcından bəri Hörmüz boğazında gəmilərə ən azı 20 hücum olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2026

08 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR