İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-nin müdafiə naziri Əbi-Dabidə ruslarla danışıqlar aparıb

ABŞ-nin müdafiə naziri Daniel Driskol Əbu-Dabidə Rusiya nümayəndə heyəti ilə bir neçə saatlıq danışıqlar aparıb və bu gün yenidən görüşməyi planlaşdırır.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, ABŞ nümayəndəsi Ukraynadakı münaqişənin həlli üçün mümkün addımları müzakirə etməkdən ötrü BƏƏ paytaxtına gəlib. Driskol və Rusiya tərəfi arasında danışıqlar 24 noyabr axşamı başlayıb və bir neçə saat davam edib. Rusiya nümayəndə heyətinin tərkibi açıqlanmayıb.

CBS News mötəbər mənbəyə istinadla aydınlaşdırıb ki, görüş zamanı sülh prosesinin irəliləməsi perspektivləri müzakirə olunub. Növbəti danışıqlar raundu bu gün axşama planlaşdırılıb. Hazırda Ukrayna nümayəndələri ilə mümkün görüş barədə heç bir məlumat yoxdur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Avqust 2026

21 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR