Onlayn ictimai-siyasi qəzet
ABŞ və Ukrayna nümayəndələri arasında keçirilən danışıqlar az qala başlamadan pozulmaq üzrəymiş.
Musavat.com xəbər verir ki, bu barədə Ukraynanın birinci xarici işlər nazirinin müavini Sergey Kislitsa Financial Times-a açıqlama verib.
Kislitsanın sözlərinə görə, görüş ərəfəsində atmosfer son dərəcə gərgin olub və prosesi konstruktiv məcraya qaytarmaq üçün təxminən iki saatlıq Ermak–Rubio danışıqları tələb olunub. Bu söhbətin ardından tərəflər masa arxasına qayıdıb və danışıqlar davam etdirilib.
Eyni zamanda Bloomberg xəbər verir ki, ABŞ-ın hazırladığı sülh planından 14-cü bənd çıxarılıb. Həmin bəndə əsasən, Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan 100 milyard dollarlıq gəlirin 50%-i ABŞ-a çatmalı idi. Mənbə qeyd edir ki, bu maddə Ukrayna və bir sıra Avropa ölkələrinin kəskin narazılığına səbəb olduğundan sənəddən çıxarılıb.
Musavat.com
19 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ