Onlayn ictimai-siyasi qəzet
ABŞ və Avropa ölkələri Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin gücləndirilməsini müzakirə ediblər.
Musavat.com xəbər verir ki, məlumatı ABŞ Prezidentinin xüsusi elçisi Stiv Vitkoff açıqlayıb. Onun sözlərinə görə, söhbətdə ABŞ Dövlət katibi Marko Rubio, Trampın kürəkəni Cared Kuşner, Böyük Britaniya, Fransa və Almaniya hökumətlərinin müşavirləri və Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov iştirak edib.
Tərəflər həmçinin Ukraynanın münaqişədən sonrakı çiçəklənməsini dəstəkləmək üçün tədbirlər paketini müzakirə ediblər.
Musavat.com
07 Iyun 2026
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ